Vilayət Eyvazovdan yeni təyinatlar

saytların hazırlanması

Evə çatdırılma

Vilayət Eyvazovdan yeni təyinatlar

Siyasət

23 İyun 2020 17:05 1936


Daxili İşlər orqanlarında kadr dəyişikliyi olub.

Yenisabah.az bildirir ki, bu barədə nazir, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.

Əmrə əsasən, Baş Dövlət Yol Polis İdarəsi, Yol Patrul Xidməti Alayının 6-cı tağımının (Qaradağ postu) komandiri, polis mayoru Aqil Məmmədov vəzifəsindən azad edilib. pizza mizza

O, BDYPİ, Yol Patrul Xidməti Alayının 8-ci tağımına (Yevlax postu) komandir təyin olunub. 

Nazirin digər əmri ilə Yevlax postunun komandiri, polis mayoru Etibar İbrahimov da vəzifəsindən azad edilərək, Qaradağ postuna komandir vəzifəsinə təyinat alıb. /Oxu.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!