Vilayəti pakistanlı nazirə Bakıdan şikayətləndi – “Onlardan soruşa bilərsiniz ki...” 

saytların hazırlanması

Evə çatdırılma

Vilayəti pakistanlı nazirə Bakıdan şikayətləndi – “Onlardan soruşa bilərsiniz ki...” 

Siyasət

14 İyul 2025 19:24 13911


"Sizin Azərbaycanla yaxın münasibətləriniz var, lakin qeyd etmək lazımdır ki, Azərbaycan hökuməti İslam dünyasının fikirlərinə zidd olan tədbirlər görür”.

Yenisabah.az IRNA-ya istinbadla xəbır verir ki, bunu İran Ali Rəhbərinin beynəlxalq məsələlər üzrə müşaviri Əli Əkbər Vilayəti deyib.

O, Pakistanın daxili işlər naziri Seyid Möhsün Nəqvi ilə görüşdə rəsmi Bakının xarici siyasətindən gileylənib. Dominos pizza

“Sizin Azərbaycanla yaxın münasibətləriniz var, lakin qeyd etmək lazımdır ki, Azərbaycan hökuməti İslam dünyasının fikirlərinə zidd olan tədbirlər görür. Bunların arasında Colani (Suriyanın keçid dövrü prezidenti Əhməd əş-Şaraa) ilə sionist rejim (İsrail – red.) arasında vasitəçiliyi, habelə Fələstində cinayətlərin tüğyan etdiyi vaxtlarda İsrail xalqına neft ixracını qeyd etmək olar. Onlardan soruşa bilərsiniz ki, niyə müsəlmanların və İslam ölkələrinin fikrinə zidd olan bu tədbirlər görülür?”

Xatırladaq ki, bu, İran rəsmisinin ümumən Azərbaycan və rəsmi Bakının xarici siyasətinə dair kobud müdaxiləsinin yeganı nümunəsi deyil. Bundan əvvəl də Vilayəti bəyanatları ilə mütəmadi olaraq Azərbaycanın daxili işlərinə qarışıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • Azər Məmmədov
    İran həmişə Ermənilərə yardımlar edib,öz gözündəki tükü görmür Azərbaycanda görür
    10 months ago
  • Xalid
    Belə yerdə deyirlər e-öz gözündə tiri görməyən özgə gözündə tük axtarır. Avrasiya materikinin yarısını zəbt edən rusa qardaş deyir, özü qonşu müsəlman ölkələrlə düşmənçilik siyasəti yürüdür. Belələrinə nə deyəsən...
    10 months ago
  • İsmayıl
    Vilayəti başından böyük qələt eyləyir.niyə demirik biz mühəribədə Ermənistana silah yardımı edirdik
    10 months ago
  • Faiq
    İran yenə artistlik edir. Özünü islam ölkəsi sanır ama islamla yaxından uzaqdan heç bir əlaqəsi yoxdur. İraqı işğal edəndə Amerikaya, Qarabağı işğal edəndə erməniyə dəstək verən verən, əli Suriyada günahsız insanların qanına batmış bir ölkənin haqqı yoxdur Azərbaycana irad tutsun.
    10 months ago
  • Mekan Nebiyev
    Vilayətinə demək lazımdır ki bəs siz iran islam dünyasına zidd olaraq niyə ermənilərə bu qədər dəstək olursunuz? Əhməd Şaara müsəlman ölkənin rəhbəri olaraq siz ona qarşısınız amma donuz əti yeyən ermənilərə dəstək olub bunu islam dünyasına qarşı saymırsınız.
    10 months ago