“Villamı onlara vermək istədim, razı olmadılar“   - Əməkdar artist

saytların hazırlanması

Evə çatdırılma

“Villamı onlara vermək istədim, razı olmadılar“ - Əməkdar artist

Şou

20 Oktyabr 2021 10:38 1383


Əməkdar artist Mətanət İsgəndərli maraqlı açıqlaması ilə gündəmənə gəlib.

Yenisabah.az xəbər verir ki, ATV telekanalında qonaq olan sənətçi keçmiş gəlini barədə danışıb. O, gəlininin haqqında səsləndirdiyi ittihamların əsassız olduğunu bildirib:

“Mən gəlinimə qayınana yox, ana kimi davranmışam, onu öz qızım hesab etmişəm. Hətta pandemiya dövründə dedim ki, villamı sizə verim, özüm kitrayəyə çıxım, siz rahat yaşayın. Lakin o buna razı olmadı, birlikdə qalmaq istədiyini dedi”. pizza hut

Xanım müğənni nəvələrini analarından ayırmadığını deyib:

“Mən nəvələrimi analarından ayırmamışam, bu yalandır. Əksinə, uşaqlar özləri anaları ilə qalmaq istəmirlər. Səhər gedib görüşüb qayıdırlar. Tuncay anası ilə görüşməyə gedəndə qarşımıza şərt qoyur ki, axşam geri - bura qayıdacağamsa gedirəm”. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!