Vilnüs aeroportu hava şarlarına görə yenidən bağlandı

saytların hazırlanması

Evə çatdırılma

Vilnüs aeroportu hava şarlarına görə yenidən bağlandı

Dünya

31 Oktyabr 2025 00:19 245


Vilnüs Beynəlxalq Aeroportu hava məkanında "naməlum obyektlər" səbəbindən təyyarələrin uçuş və qəbulunu dayandırıb.

"Yeni Sabah" xəbər verir ki, bu barədə hava limanının mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, hava limanı yerli vaxtla saat 20:10-da Vilnüsə doğru uçan hava şarları səbəbindən təxminən üç saatlıq bağlanıb. Marqarita pizza

Bu arada, Düsseldorfdan Litva paytaxtına uçuşu planlaşdırılan reys Riqaya yönləndirilib.

Xatırladaq ki, oktyabrın 29-da Litva hökuməti Belarus ilə sərhədi bir ay müddətinə bağlamaq qərarına gəlib. Buna səbəb Belarusdan qaçaqmal daşıyan şarlar tərəfindən ölkənin hava məkanının pozulması hallarının artması olub. Pozuntular Vilnüs aeroportunun dörd dəfə, Kaunas hava limanının isə bir dəfə bağlanması ilə nəticələnib./Report


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!