YENISABAH.AZ-a icazə verərək ən aktual xəbərləri dərhal öyrənə bilərsiniz.
İlk bilən siz olun!
Daha sonra
İcazə ver
Vilyam Hacıyevin apellyasiya şikayəti üzrə məhkəməsi başladı

Vilyam Hacıyevin apellyasiya şikayəti üzrə məhkəməsi başladı

Digər

28 Sentyabr 2022 16:29 516


İmişli Rayon İcra Hakimiyyətinin sabiq başçısı Vilyam Hacıyevin apellyasiya şikayəti üzrə məhkəmə iclası başlayıb.

Yenisabah.az report-a istinadla xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsinin hakimi İbrahim İbrahimlinin sədrliyi ilə keçirilən prosesdə şikayətin dəlilləri araşdırılıb.

Vilyam Hacıyevin vəkili birinci instansiya məhkəməsində cinayət işinin düzgün araşdırılmadığını, müvəkkilinin verilmiş ittihamlarla əlaqəsinin olmadığını deyib.

Sabiq icra başçısının ailə üzvlərini təmsil edən müdafiəçi isə əmlaklar üzərinə qoyulmuş həbsin götürülməsini istəyib.

Məhkəmənin növbəti iclası oktyabrın 12-də davam etdiriləcək.

Qeyd edək ki, 2020-ci il mayın 5-də məhkəmənin qərarı əsasında Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən V.Hacıyevin xidməti və yaşadığı ünvanlarda əməliyyat-istintaq tədbirləri həyata keçirilib. Daha sonra o, həbs edilib.

İstintaq orqanı tərəfindən V.Hacıyevin barəsində Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda mənimsəmə və ya isriaf etmə, 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə, yəni vəzifəli şəxsin xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və ya üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməsi və ya qulluq mənafeyi tələb etdiyi halda istifadə etməməsi fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə, yaxud cəmiyyətin və ya dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurduqda), 311.3.3-cü (rüşvət alma (passiv rüşvətxorluq), külli miqdarda törədildikdə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham elan olunub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!