Vilyam Hacıyevin cinayətləri: İmişlidə nələr olub? - Video

saytların hazırlanması

Evə çatdırılma

Vilyam Hacıyevin cinayətləri: İmişlidə nələr olub? - Video

Kriminal

08 May 2020 09:18 1692


İmişlidə dövlət vəsaiti hesabına tikilmiş çoxmənzilli yaşayış binasındakı mənzillər rüşvət müqabilində satılıb.

Halbuki, bu mənzillər sosial-məişət şəraiti aşağı olan şəxslər üçün tikilib və onlara pulsuz paylanmalı idi.

“Yeni Sabah” xəbər verir ki, keçmiş icra başçısı Vilyam Hacıyev mənzil almağa növbəsi çatan vətəndaşları öz adamları vasitəsilə çağırtdırıb və onlardan pul müqabilində mənzilləri almalarını tələb edib. Toyuqlu pizza

Vətəndaşlarla söhbət zamanı məlum olur ki, ətraf rayonlardan gələnlər belə pul verərək mənzil sahibi olublar.

Ev ala bilməyən vətəndaşlar deyirlər ki, əksər mənzillər rüşvətlə satılıb. Bəzi evlər isə öz adamlarının adına rəsmiləşdirilib. Hazırda isə həmin mənzillər kirayə verilib.

Hazırda Vilyam Hacıyev barəsində ittiham olunan maddələr üzrə araşdırmalar davam etdirilir.

Xəzər TV-nin mövzu ilə bağlı hazırladığı daha ətraflı videomaterialını təqdim edirik.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!