Avropa Liqasında 2020/21 mövsümünə yekun vurulub.
Yenisabah.az xəbər verir ki, final matçı Polşanın Qdansk şəhərində keçirilib.
İspaniyanın “Vilyarreal” və İngiltərənin “Mançester Yunayted” klublarının qarşılaşdığı oyunda əsas və əlavə vaxtda qalib müəyyənləşməyib. pizza mizza
Əsas və əlavə vaxtı 1:1 bitən oyunun taleyi penaltilər seriyasında müəyyənləşib. Daha dəqiq olan "Vilyarreal" turnirin qalibi olub.
Qeyd edək ki, tarixində ilk dəfə titul qazanan “Vilyarreal” bu qələbə ilə həm növbəti mövsüm Çempionlar Liqasının qrup mərhələsinə, həm də Superkubok matçına vəsiqə qazanıb.
Avropa Liqası
Final
26 may
23:00. “Vilyarreal” (İspaniya) – “Mançester Yunayted” (İngiltərə) - 1:1, pen. 11:10
Qollar: Moreno, 29 - Kavani, 55
Baş hakim: Klemen Turpin (Fransa)
Qdansk. Qdansk stadionu
Telegram kanalımız