“Vilyarreal“ - “Qarabağ“ matçını Ukraynadan olan hakimlər idarə edəcək

saytların hazırlanması

Evə çatdırılma

“Vilyarreal“ - “Qarabağ“ matçını Ukraynadan olan hakimlər idarə edəcək

İdman

08 Dekabr 2020 16:49 772


"Vilyarreal" və "Qarabağ" arasında keçiriləcək Avropa Liqasının qrup mərhələsinin VI tur matçı üçün təyinatlar açıqlanıb.

Yenisabah.az xəbər verir ki, qarşılaşma Ukraynadan olan hakimlər briqadasına tapşırılıb. Baş hakim Mikola Balakinə onun köməkçiləri Andrey Skripka və Semyen Şlonçak yardımçı olacaq.

Dördüncü hakim funksiyasını isə Yevgeni Aranovski yerinə yetirəcək. pizza sifarişi

Balakin cari mövsümdə 2-ci dəfə "Qarabağ"ın oyununa təyinat alıb. O, daha əvvəl Çempionlar Liqasının II təsnifat məhələsində Moldova "Şerif"i ilə Bakıdakı görüşü (2:1) idarə edib.

Referi 2017/2018 mövsümündə isə Avropa Liqasının I təsnifat mərhələsində "İnter"lə (hazırkı "Keşlə" - E.S) Serbiya "Mladost"u arasındakı oyunu idarə edib. Bakıda keçirilmiş qarşılaşma Azərbaycan təmsilçisinin 2:0 hesablı qələbəsi ilə başa çatıb.

Dekabrın 10-da keçiriləcək "Vilyarreal" - "Qarabağ" matçı Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!