VİP-də növbədənkənar seçkilərlə bağlı toplantı - Qərar verildi

saytların hazırlanması

Evə çatdırılma

VİP-də növbədənkənar seçkilərlə bağlı toplantı - Qərar verildi

Siyasət

09 Dekabr 2019 08:36 1231


Vətəndaş və İnkişaf  Partiyası (VİP) Siyasi Şurasının iclası keçirilib. İclasda VİP-in 2020-ci il fevralın 9-na təyin edilmiş Milli Məclisə növbədənkənar seçkilərdə iştirak məsələsi müzakirə olunub.

Bu barədə VİP mətbuat xidmətindən “Yeni Sabah”a məlumat verilib.

Bildirilib ki, toplantıda çıxış edən VİP sədri Əli Əliyev Milli Məclisin buraxılmasını və erkən seçkilərin təyin olunmasını şərtləndirən amilləri geniş təhlil edib. Əli Əliyev ölkənin yenilənməsinin zəruriliyini bəyan edən hakimiyyətin hələ də növbədənkənar parlament seçklərinin ədalətli və demokratik keçiriləcəyinə dair etimadla qarşılanacaq qəti bəyanat vermədiyini vurğulayıb. pizza sifarişi

Müzakirələrdə iştirak edən VİP Siyasi Şurasının üzvləri partiyanın erkən seçkilərdə iştirakını, o cümlədən, boykot variantını zəruri edən məqamlara toxunublar.

İclasda VİP Nizamnaməsinin 40-cı maddəsi rəhbər tutularaq, partiyanın 9 fevral seçkilərinə münasibətini müyyən etmək məqsədilə dekabrın 15-nə Məclisin çağırılması qərara alınıb.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!