Bu gün Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyev və Prezident Administrasiyası Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyev arasında görüş keçirilib.
Partiyadan "Yeni Sabah"a daxil olan məlumata görə, görüşdə ölkədaxili siyasi münasibətlər, gerçək siyasi dialoq mühitinin yaradılması və başqa məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Məlumatda qeyd olunub ki, tərəflər hakimiyyət və siyasi müxalifət təmsilçiləri arasında görüşlərin davamlı olmasının vacibliyini bildiriblər. Telegram kanalımız