Virusa görə Milli Məclisin iclasları dayandırılır? - Açıqlama

saytların hazırlanması

Evə çatdırılma

Virusa görə Milli Məclisin iclasları dayandırılır? - Açıqlama

Siyasət

17 Mart 2020 07:45 1137


Dünyada koronavirus təhlükəsi artdıqca Azərbaycan da qabaqlayıcı tədbirlərin sayını artırır. Dərslərin təxirə salınmasından sonra Nazirlər Kabineti toy və yas mərasimlərinin keçirilməsi qadağan edilib. Ölkədə keçiriləcək beynəlxaq tədbirlər də təxirə salınıb. Eyni zamanda ictimai-iaşə obyektlərinin fəaliyyəti məhdudlaşdırıb. 

Nazirlər Kabinetinin koronavirus təhlükəsi ilə əlaqədar preventiv tədbirləri cəmiyyətdə bəzi dövlət qurumlarının, hətta Milli Məclisin də fəaliyyətinin məhdudlaşdırılacağı barədə qənaət formalaşdırıb. 

Ana Vətən Partiyasının (AVP) sədri, deputat Fəzail Ağamalı isə Milli Məclisin fəaliyyətinin davam edəcəyini bildirib. “Milli Məclis qanunverici orqandır. Buna görə də deputatların öhdəlikləri, onların üzərinə düşən vəzifələr var. Biz vəzifəmizi yerinə yetirməliyik.  pizza mizza

Bu gün koronavirus dünyanı bürüyən bir bəladır. Bu bəlanın qarşısını almaq üçün Prezident İlham Əliyevin rəhbərliyi altında ciddi tədbirlər görülür. Nazirlər Kabinetinin yanında operativ qərargah yaradılıb. Artıq bütün proses nəzarət altındadır. Bütün bunlar həm də  qanunvericilik səviyyəsində həllini tapmalı, özünü təsdiq etməlidir. Ona görə də Milli Məclis fəaliyyətini davam etdirəcək".

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!