BMT-nin Baş katibi Antonio Quterreş koronavirus infeksiyasına qarşı vaksinlərin yaxın vaxtlarda əlçatan ola biləcəyini deyib.
Yenisabah.az xəbər verir ki, o bu barədə Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə baş tutan BMT-nin Baş Assambleyasının koronavirusa qarşı mübarizəyə həsr olunmuş Xüsusi Sessiyasında bildirib.
“Bütün dünyada alimlərin və tədqiqatçıların gərgin əməyi sayəsində koronavirusa qarşı vaksinlər yaxın vaxtlarda əlçatan ola bilər”, - deyə o vurğulayıb. pizza mizza
Antonio Quterreş əlavə edib ki, pandemiyaya qarşı mübarizədə hər ölkə öz yolunu seçəndə virusun qarşısında bütün yollar açıq olur. “Bu gün qlobal əməkdaşlığa həmişəkindən daha çox ehtiyac var, çünki bəşəriyyət ümumi düşmənlə üzləşib”, - deyə Baş katib xatırladıb.
Antonio Quterreş COVID-19-a qarşı vaksinlərin, həmçinin bu xəstəliyin müalicəsi üzrə vasitələrin hər kəs üçün əlçatan olmasını təmin etməyə yönəldilmiş təşəbbüslərdən də danışıb. O bu təşəbbüslərin həyata keçirilməsi üçün maliyyə vəsaitinin çatışmazlığından şikayətlənib. “Hazırda 28 milyard dollar çatmır, o cümlədən təcili olaraq, ən yaxın iki ay ərzində 4,3 milyard dollar lazımdır”, - deyə Antonio Quterreş xəbərdarlıq edib.
Telegram kanalımız