Koronavirus pandemiyası dünyanı sarsıtmaqda davam edir.
Yenisabah.az xəbər verir ki, bu günə qədər dünyada 198 min 942 nəfər koronavirusa yoluxub. Onlar 7991 nəfər dünyasını dəyişib, 82 min 779 nəfər isə sağalıb. Hazırda dünya üzrə 108 min 172 nəfər virus daşıyıcısı var. Onlardan 6415 nəfərin vəziyyəti kritikdir.
Pandemik virusun daha çox yayıldığı ölkələr Çin, İtaliya və İrandır. Daha çox ölüm halları da bu ölkələrin payına düşür. pizza
Azərbaycanda koronavirusa yoluxanların sayı 34 nəfərdir. Bir nəfər virusdan dünyasını dəyişib. 6 nəfər isə sağalıb. Hazırda ölkəmizdə 27 nəfər virus daşıyıcısı var.
Dünya ölkələri koronavirusla mübarizədə sərt tədbilərə əl atıblar. Bəzi ölkələrdə hətta fövqəladə rejim tətbiq edilib. İnsanların zəruri hallar istisna olmaqla küçəyə çıxması yasaqlanıb.
Bütün bunlar problemin ciddiliyindən xəbər verir. Təssüf ki, vəziyyətdən istifadə edənlər də var. Bəzi maraqlı subyektlər, xüsusilə möhtəkirlər fake məlumatlar yaymaqla süni ajiaotaj yaradırlar. İnsanlar bahalaşma, aclıq, ölüm hallarının artacağı barədə şayiələrə inanaraq ərzaq tədarükü görür, bəziləri psixoloji sarsıntı keçirir və digərlərində də qorxu yaradır. Fərqinə varmırlar ki, bütün bunlar təhlükəni daha da artırır. Eyni zamanda koronavirusa qarşı mübarizəyə ciddi zərbə vurur.
Hazırda hökumət həm koronavirusla mücadilə aparır, həm də panikanın qarşısını almaq üçün müxtəlif tədbirlər görür.
Mütəxəssislər hesab edir ki, insanlar belə vəziyyətdə diqqətli olmalıdırlar. “Vətəndaşlar bilməlidir ki, belə situasiyalarda müxtəlif maraqlı qüvvələr öz mənfəətləri üçün müəyyən addımlar atır. Ona görə də diqqətli olmaq, daha çox rəsmi xəbərlərə üstünlük vermək, dünyada baş verən prosesləri etibarlılığı şübhə doğurmayan informasiya resursları vasitəsilə izləmək lazımdır. Aydındır, hər kəs narahatdır. Amma problem narahatlıqla həll edilmir. Əksinə, narahatlıq, panika problemi daha da dərinləşdirə bilər. İnsanlar sadəcə Nazirlər Kabinetinin təlimatına riayət etsinlər yetər”, - deyə mütəxəssislər bildirir.
Telegram kanalımız