Vitkoff-Əraqçi görüşü bu gündür

saytların hazırlanması

Evə çatdırılma

Vitkoff-Əraqçi görüşü bu gündür

Dünya

22 May 2025 13:10 362


İslam Respublikası ilə Birləşmiş Ştatlar arasında yaxınlıq danışıqlarının beşinci raundu Cümə günü baş tutacaq.

YEnisabah.az IRNA-ya istinadla xəbər verir ki, bunu İran XİN-in rəsmi nümayəndəsi İsmail Bəqai bildirib.

Nazirliyinin sözçüsü qeyd edib ki, İran Omanın ABŞ-la danışıqların yeni mərhələsinin keçirilməsi təklifi ilə razılaşıb. Görüş İtaliyanın paytaxtı Romada baş tutacaq. Pepperoni pizza

Bəqai vurğulayıb ki, İranın danışıqlar heyəti İran xalqının qanuni hüquqlarının və ali mənafelərinin, o cümlədən nüvə enerjisindən dinc məqsədlərlə istifadə və uranın zənginləşdirilməsi hüququnun qorunmasına qətiyyətlə sadiqdir və ədalətsiz sanksiyaların tamamilə aradan qaldırılmasına çalışır.

XİN təmsilçisi qeyd edib ki, Tehran bu məqsədlərə nail olmaq üçün heç bir fürsəti və təşəbbüsü əldən verməyəcək.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!