Vitse-spiker İnam Kərimovun yeni vəzifəsindən danışdı 

saytların hazırlanması

Evə çatdırılma

Vitse-spiker İnam Kərimovun yeni vəzifəsindən danışdı 

Maraqlı

03 Aprel 2023 17:31 2082


"İnam Kərimov Azərbaycanda dövlət xidmətlərində şəffaflığın və vətəndaş məmnunluğunun təmin olunması sahəsində ciddi dönüş yaradan və dünyada Azərbaycan brendi kimi tanınan “ASAN xidmət”in ilk rəhbəri olub. O, 2018-ci ildən nazir vəzifəsində çalışmaqla, həmçinin publik hüquqi və inzibati hüquqi vəzifələri icra etmişdir". 

Modern.az xəbər verir ki, bunu Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin onlayn formatda növbəti iclasında Milli Məclis sədrinin birinci müavini, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bildirib.

Əli Hüseynli İnam Kərimovun yüksək hüquqi təhsilə Azərbaycanın və Avropanın aparıcı universitetlərində yiyələnməsi barədə məlumat verib, onun hüquqşünas alim kimi elmi fəaliyyətindən və dövlətçiliyə xidmətlərindən danışıb. pizza hut

Ə.Hüseynli İnam Kərimovun bundan sonra da bir hüquqşünas alim kimi bilik və bacarığını digər hakimiyyət qolunda – Ali Məhkəmədə fəaliyyəti dövründə tətbiq edəcəyinə və Azərbaycanda ədalət mühakiməsinin effektiv və şəffaf həyata keçirilməsinə öz töhfəsini verəcəyinə inamını bildirib.

İclasda iştirak edən İnam Kərimov hakimliyə namizədliyini dəstəklədikləri üçün deputatlara öz təşəkkürünü bildirib.

Qeyd edək ki, İ.Kərimov hazırda kənd təsərrüfatı naziridir. O, Ali Məhkəmənin hakimi təyin olunacaq. 


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!