Vladimir Poznerin Gürcüstana səfəri etirazla qarşılandı

saytların hazırlanması

Evə çatdırılma

Vladimir Poznerin Gürcüstana səfəri etirazla qarşılandı

Rəsmi

01 Aprel 2021 00:43 910


Məşhur rusiyalı telejurnalist Vladimir Pozner Gürcüstanın paytaxtı Tbilisi şəhərindədir.

Yenisabah.az xəbər verir ki, onun Gürcüstana səfəri etirazla qarşılanıb.

İctimai fəallar və müxalifət nümayəndələri jurnalistin qaldığı mehmanxana binasının qarşısında aksiya keçirirlər. Əraziyə polis əməkdaşları cəlb olunub. Toyuqlu pizza

Aksiya iştirakçıları bildiriblər ki, V.Pozner Gürcüstanın ərazi bütövlüyünü tanımır, etnik gürcü, abxazları təhqir edib və bu səbəbdən ölkədən çıxarılmalıdır.

Yayılan məlumatlara əsasən, telejurnalist doğum gününü qeyd etmək üçün dostları ilə birgə çarter reysilə Tbilisiyə gəlib. /Report


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!