Uzun illər Rusiyanın ən gözə çarpan ixracat məhsullarından biri olan araq, indi Rusiyanın Ukraynaya təcavüzü ilə bağlı beynəlxalq qəzəbin hədəfinə çevrilib. Bəzi ölkələr rus arağını boykot edir və bununla ölkəyə iqtisadi zərbə vurmaq istədiklərini bildirirlər.
Mövzu ilə bağlı Yenisabah.az-a danışan Azərbaycan Yazıçılar Birliyinin katibi, “525”ci qəzetin baş redaktoru Rəşad Məcid qeyd edib ki, bu cür mübarizə üsulunu məqbul hesab etmir:
“Azərbaycanda Rusiya, Belarus, Ukrayna arağı da içilir. Demək olmaz ki, onların bir-birindən o qədər də fərqi var. Bu baxımdan hesab eləmirəm ki, Azərbaycanda rus arağının içilməməsi ilə Rusiyaya hər hansı bir ziyan dəyə. Bu cür mübarizə yollarını o qədər də məqbul saymıram”. Dördpendirli pizza
Ukraynadakı mövcud vəziyyətə dəstək olaraq Rusiya ilə əməkdaşlığı dayandıran brendlərdən danışan yazıçı bunun Rusiyaya faydası olacağını qeyd edib:
“Rusiyada “McDonalds”, “Cola”nın bağlanması onların özlərinin düşünüb milli “MacDonalds”, “Cola” larlarını yaratmasına şərait yaradacaq. O qədər ölkələr var ki, “Coca-Cola”dan, “McDonlds”dan canlarını qurtarmaq istəyir, amma necə qurtaracağını bilmir. Bu baxımdan Rusiyadakı sıxıntılar yerli biznesmenlərin daha kreativ düşünməsinə gətirib çıxaracaq”.
Əsmətxanım
Telegram kanalımız