Qadın voleybolçulardan ibarət Azərbaycan millisi 2020-ci il Tokio Yay Olimpiya Oyunlarına lisenziya xarakterli Avropa Təsnifat Turnirində ilk oyununu keçirib.
"Yeni Sabah" xəbər verir ki, Niderlandın Apeldorn şəhərində keçirilən turnirdə millimiz ilk görüşünü meydan sahiblərinə qarşı keçirib. Oyun voleybolçularımızın 0:3 hesablı məğlubiyyəti ilə başa çatıb.
Qrupun digər qarşılaşmasında Polşa Bolqarıstanıa qalib gəlib - 3:1 (23:25, 25:20, 25:19, 25:22). Marqarita pizza
Qeyd edək ki, Azərbaycan yığması növbəti oyununu yanvarın 9-da Bolqarıstana qarşı keçirəcək. Yanvarın 8-də isə Bolqarıstan - Niderland qarşılaşması oynanılacaq.
Telegram kanalımız