“Hazırda Şuşada QHT nümayəndələrinin və aktivistlərin aksiyası davam edir. Bəzi sülhməramlıların üzərində kimliyi, ad-soyadı yoxdur. Üzü də qapalıdır, bizim qabağımıza əlində avtomatla çıxıb. Maraqlıdır, sülhməramlılar niyə üzlərini və kimliklərini gizlədirlər?".
Bu sözləri Yenisabah.az-a hazırda Şuşada olan "Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsi" İctimai Birliyinin sədri, Əməkdar jurnalist Nadir Azəri deyib. Jurnalist qeyd edib ki, onların hərəkətləri bəzi suallar doğurur: "Bəlkə heç sülhməramlı deyillər, elə erməni terrorçularıdır bizim qarşımıza sülhməramlı adı ilə çıxırlar? Biz 3 saata yaxındır ki, QHT nümayəndələri, gənc ekoloqlar və mətbuat nümayəndələri burada yığışmışıq. Biz Volkovun gəlməsini tələb edirik. Lakin təəssüflər olsun ki, Azərbaycan torpaqlarında sülhməramlı missiyanı həyata keçirən Volkov Azərbaycan vətəndaşlarının haqlı tələblərini dinləmək üçün bizim yanımıza gəlmək əvəzinə ən müasir silahlarla silahlanmış əsgərlərini üzərimizə göndərir. Düzdür, hələ ki, onlar bir müdaxilə etmirlər, amma bizim tələblərimizi qulaqardına vururlar. Başqa şəxslər gəlir. Biri deyir ki. Bu Volkovun siyasi müavinidir və s. Volkov özü isə gəlmir. O, yatmış olsaydı belə indiyə oyanmalı idi. Niyə gəlmir? Niyə Azərbaycan vətəndaşının səsini eşitmək istəmir? Əgər Azərbaycan vətəndaşının sözü heçə sayılırsa, belə bir sülhməramlı missiya Azərbaycana lazımdırmı? Məncə. bu barədə də düşünməyin vaxtı çatıb. Eyni zamanda, biz bura təzə gələn vaxt onlar burada pulemyotla 2 post qurmuşdular, biz gəldikdə həmin postları götürdülər. Maraqlıdır, rus sülhməramlıları sivil, silahsız Azərbaycan vətəndaşlarına atəş açacaqdılar? Hər halda, suallar çoxdur, Volkov gəlsə, onlara cavab verəcək”.
Əsmətxanım RZAZADƏ pizza mizza
Telegram kanalımız