Volodimir Zelenski Azərbaycana təşəkkür etdi

saytların hazırlanması

Evə çatdırılma

Volodimir Zelenski Azərbaycana təşəkkür etdi

Siyasət

24 Avqust 2025 19:34 389


Ukrayna Prezidenti Volodimir Zelenski ölkəsinə göstərilən dəstəyə görə Azərbaycana minnətdarlığını bildirib.

Yenisabah.az xəbər verir ki, bu barədə Ukrayna lideri "X" sosial şəbəkəsində paylaşım edib.

O qeyd edib ki, Azərbaycan Prezidenti İlham Əliyevin Müstəqillik Günü münasibətilə təbriklərini, eləcə də Ukraynaya və Ukrayna xalqına olan ehtiramını yüksək qiymətləndirir. pizza

"Hörmətli Prezident, Ukrayna və Azərbaycan hər zaman bir-birinin suverenliyini və ərazi bütövlüyünü dəstəkləyiblər. Biz humanitar və digər yardımlara görə dost Azərbaycana səmimi minnətdarıq. Xalqlarımızın rifahı naminə strateji tərəfdaşlığımızı daha da gücləndirməyi səbirsizliklə gözləyirik", - Zelenski vurğulayıb./Oxu.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!