Volodin: Qeyri-qanuni miqrantları deportasiya gözləyir

saytların hazırlanması

Evə çatdırılma

Volodin: Qeyri-qanuni miqrantları deportasiya gözləyir

Dünya

13 Oktyabr 2025 16:32 412


Yüz minlərlə miqrant Rusiyada qeyri-qanuni yaşayır və deportasiya ilə üzləşib.

Yenisabah.az TASS-a istinadla xəbər verir ki, bunu Rusiya Dövlət Dumasının spikeri Vyaçeslav Volodin bildiri.

Onun sözlərinə görə, 1 ay əvvəl, sentyabrın 10-da Nəzarətdə olan Şəxslərin Reyestrinə – ölkədə qeyri-qanuni yaşayan vətəndaşların məlumat bazasına daxil edilmiş əcnəbilərin Rusiyada qalma müddəti başa çatıb. pizza hut

Sentyabrın 1-nə olan məlumata görə, reyestrdə 770 min miqrantın adı qeyd edilib və onların üçdəbiri qadın və uşaqlardır.

Volodinin sözlərinə görə, hazırda bu şəxslərə qarşı genişləndirilmiş nəzarət və bir sıra hüquqlara məhdudiyyətlər daxil olan deportasiya rejimi tətbiq edilib. Konkret olaraq, bura miqrantlara sürücülük vəsiqələri almağı, daşınmaz əmlak və nəqliyyat vasitələri ilə əməliyyatları qeydiyyata almağı, evlənməyi, bank hesablarının açılmasını və pul köçürməsini qadağan etmək daxildir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!