Voronejdə azərbaycanlı iş adamı yenidən saxlanıldı

saytların hazırlanması

Evə çatdırılma

Voronejdə azərbaycanlı iş adamı yenidən saxlanıldı

Dünya

16 Avqust 2025 22:43 430


Rusiyanın Voronej şəhərində azərbaycanlı iş adamı Yusif Xəlilov yenidən saxlanılıb.

"Report" bu barədə Rusiyanın teleqram kanallarına istinadən xəbər verir.

Məlumata görə, iş adamı rüşvət verməkdə şübhəli bilinir. pizza mizza

Y.Xəlilov ilk dəfə iyulun 1-də saxlanılıb, daha sonra əməliyyat tədbirləri həyata keçirildikdən sonra iş adamı sərbəst buraxılıb.

Həbs-qətimkan tədbirinin müəyyən edilməsi ilə bağlı məhkəmə iclası avqustun 17-nə təyin olunub.

Qeyd edək ki, o, Voronejdə yerləşən Alekseevski bazarının ortaq sahibidir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!