Vuçiçə nə olub? - Həkimi danışdı

saytların hazırlanması

Evə çatdırılma

Vuçiçə nə olub? - Həkimi danışdı

Dünya

03 May 2025 22:08 708


Serbiya Prezidenti Aleksandr Vuçiç ABŞ-a səfəri zamanı qan təzyiqinin kəskin artması səbəbindən özünü pis hiss edib.

Yenisabah.az xəbər verir ki, Belqraddakı Hərbi Tibb Akademiyasının (VMA) həkimi Draqan Dinçiç bildirib ki, Vuçiç səfər zamanı döş qəfəsində kəskin ağrı hiss edib və qan təzyiqi 165/98 olub.

Təcili tibbi yardım göstərildikdən sonra prezidentin vəziyyəti sabitləşib. Lakin o, səhhəti ilə bağlı səfərinj yarımçıq saxlayaraq Serbiyaya qayıtmaq qərarına gəlib. Dinçiçin sözlərinə görə, Vuçiç yaxın günlərdə işinə qayıda bilməyəcək. Pepperoni pizza

Qeyd edək ki, prezident aprelin 30-da ABŞ-a səfər etmiş, orada bir sıra siyasətçi və iş adamı ilə görüşlər keçirib. O, ABŞ Prezidenti Donald Trampla da görüşməyi planlaşdırırdı, lakin Vuçiç vətənə qayıtmaq məcburiyyətində qalıb. Mayın 9-da Moskvaya səfəri də hazırda sual altındadır./Axar.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!