Vüqar Əhmədov Şirvanda qəbul keçirdi

saytların hazırlanması

Evə çatdırılma

Vüqar Əhmədov Şirvanda qəbul keçirdi

Sosial

03 Sentyabr 2025 18:37 247


"Azərişıq" ASC-nin sədri Vüqar Əhmədov bu gün Şirvan şəhərində vətəndaşları qəbul edib.

Yenisabah.az xəbər verir ki, bu barədə səhmdar cəmiyyətdən məlumat verilib. 

Qəbulda Şirvan və Hacıqabul rayonlarından olan sakinlər iştirak edib.  Dördpendirli pizza

Qəbulda qurumun fəaliyyətinə uyğun olan müvafiq müraciətlər cavablandırılıb, qaldırılan bəzi məsələlərin yerindəcə həlli ilə bağlı tədbirlər görülüb. Həlli araşdırma tələb edən məsələlərlə əlaqədar yazılı müraciət qeydə alınaraq aidiyyəti şöbələrin icraatına göndərilib. 

"Azərişıq" bölgələrdə vətəndaşlarla görüşlər keçirir, onların təklif və tövsiyələrini dinləyir. Məqsəd abonentlərin dayanıqlı və fasiləsiz elektrik enerjisi ilə təmin olunması, elektrik enerjisi itkilərinin minimuma endirilməsidir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!