Vüqar Həşimovla bağlı turnirin iştirakçıları məlum oldu

saytların hazırlanması

Evə çatdırılma

Vüqar Həşimovla bağlı turnirin iştirakçıları məlum oldu

İdman

03 Dekabr 2021 10:54 755


Dekabrın 18-dən 23-dək Bakıda keçiriləcək Vüqar Həşimovun xatirəsinə həsr olunan 7-ci beynəlxalq super turnirdə iştirak edəcək şahmatçıların adı məlum olub.

Yenisabah.az xəbər verir ki, bu barədə turnirin direktoru Anar Allahverdiyev Vüqar Həşimov Şahmat Akademiyasında təşkil olunan mətbuat konfransında açıqlama verib.

Onun sözlərinə görə, qalib adı uğrunda 8 şahmatçı – Azərbaycan təmsilçiləri Şəhriyar Məmmədyarov, Rauf Məmmədov, Vüqar Əsədli, Fabiano Karuana (ABŞ), Sergey Karyakin (Rusiya), Macarıstan idmançısı Riçard Rapport, hindistanlı Vişvanatan Anand və David Navara (Çexiya) mübarizə aparacaq. Dördpendirli pizza

Turnirin favoriti ABŞ təmsilçisi Fabiano Karuana və hindistanlı sabiq dünya çempionu Vişvanatan Ananddır. ABŞ şahmatçısı 2770 reytinq əmsalı ilə rapid, V.Anand isə 2825 reytinq əmsalı ilə blits turnirinin reytinq favoritidir.

Şahmatçılar turnirdə rapid və blits üzrə yarışacaqlar. Qalib hər iki turnirin yekun nəticəsinin cəminə əsasən məlum olacaq.

Yarış Vüqar Həşimov Şahmat Fondunun təşkilatçılığı, Gənclər və İdman Nazirliyinin, Azərbaycan Şahmat Federasiyasının dəstəyi, SOCAR-ın sponsorluğu ilə keçiriləcək. Turnirə “Fairmont Baku” oteli ev sahibliyi edəcək.

Xatırladaq ki, Vüqar Həşimov memorialı ilk dəfə 2014-cü ildə Şəmkirdə keçirilib. Hazırkı dünya çempionu Maqnus Karlsen dörd (2014, 2015, 2018, 2019), Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov isə iki (2016, 2017) dəfə turnirin qalibi olublar.

Ötən il koronavirus pandemiyası ilə əlaqədar turnir keçirilməyib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!