Vüqar Qurbanov baş direktoru işdən çıxardı

saytların hazırlanması

Evə çatdırılma

Vüqar Qurbanov baş direktoru işdən çıxardı

Sosial

25 İyul 2025 10:50 5872


"Qusar Rayon Mərkəzi Xəstəxanası" publik hüquqi şəxsin baş direktoru Kamil Hacıyev vəzifəsindən azad olunub.

“Yeni Sabah” Bizim.media-ya istinadən xəbər verir ki, bununla bağlı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) sədri Vüqar Qurbanov əmr imzalayıb.

Qeyd edək ki, bundan əvvəl Qusar Rayon Mərkəzi Xəstəxanasında pasiyentlərə vaxtı keçmiş dərmanların verildiyi iddiası yayılmışdı. Məlumata görə xəstəxananın aptek bölməsinin əməkdaşı İlhamə Hacıyeva (onun həm də xəstəxana direktorunun həyat yoldaşı olduğu deyilir) tibb işçilərinə vatsap nömrəsi vasitəsilə vaxtı keçmiş dərmanların xəstələrə verilməsinə dair tapşırıq verib. Sezar pizza


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!