Vüqar Qurbanov Vətən müharibəsi iştirakçısına vəzifə verdi - FOTO

saytların hazırlanması

Evə çatdırılma

Vüqar Qurbanov Vətən müharibəsi iştirakçısına vəzifə verdi - FOTO

Sosial

22 Avqust 2025 15:36 1010


Astara Rayon Mərkəzi Xəstəxanasına yeni direktor təyin edilib. 

“Yeni Sabah” "Qaynarinfo"ya istinadən xəbər verir ki, bununla bağlı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İcraçı direktoru Vüqar Qurbanov əmr imzalayıb.

Əmrə əsasən, Əhmədov Bahadır Allahverdi oğlu sözügedən vəzifəyə təyin olunub.  pizza

Qeyd edək ki, Bahadır Əhmədov N saylı hərbi hissənin tibbi xidmət rəisi vəzifəsində çalışıb. Zərdabın Qoruqbağı kəndindən olan tibb xidməti polkovniki "Vətən uğrunda" medalı ilə təltif edilib. O, Vətən müharibəsi dövründə cəbhənin ən qaynar bölgəsində yüzlərlə yaralımızın həyatının xilas edilməsində böyük xidmətlər göstərib. 

Xatırladaq ki, Astara Rayon Mərkəzi Xəstəxanasının sabiq direktoru Oktay Əmənullayev Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının direktoru təyin edilib. Dünən Lənkəran Rayon Mərkəzi Xəstəxanasının direktoru Ağabala Kəlbiyev vəzifəsindən azad edilib.


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!