Vüqar Səfərlinin vəsatəti təmin olunmadı

saytların hazırlanması

Evə çatdırılma

Vüqar Səfərlinin vəsatəti təmin olunmadı

Kriminal

05 Avqust 2021 16:29 992


Ləğv edilmiş Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) sabiq icraçı direktoru Vüqar Səfərli, müvafiq vəzifələrdə çalışmış Bünyamin İsmayılov, Ədalət Vəliyev, Nadir Məmmədov, Bəxtiyar Fətullayev, Təmkin Xəlilov, Telman Tahirov, Valeh Orucov, Təhminə Yaqubova, Şahin İbrahimov və Namiq Hacıyevin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Yenisabah.az xəbər verir ki, cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Paşayevin sədrliyi ilə baxılıb.

Vəkillər təqsirləndirilən şəxslər barəsində həbs-qətimkan tədbirlərinin ev dustaqlığı ilə dəyişdirilməsi ilə bağlı vəsatətlə çıxış ediblər. Dominos pizza

Hakimlər müşavirədən qayıtdıqdan sonra həbs-qətimkan tədbirinin dəyişdirilməsi ilə bağlı vəsatətin təmin olunmadığını elan ediblər.

Məhkəmə baxışı avqustun 20-nə təyin edilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!