Vüqar Səfərlinin yerinə təyin olunan Əhməd İsmayılov kimdir? -   DOSYE

saytların hazırlanması

Evə çatdırılma

Vüqar Səfərlinin yerinə təyin olunan Əhməd İsmayılov kimdir? - DOSYE

Siyasət

04 Aprel 2020 17:44 2696


Bu gün Prezident İlham Əliyevin sərəncamı ilə Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli vəzifəsindən azad edilib və digər bir sərəncamla onun yerinə Əhməd Məhəmməd oğlu İsmayılov təyin edilib.

Yenisabah.az xəbər verir ki, Əhməd İsmayılov bundan əvvəl Dövlət Dəniz Administrasiyası aparatının rəhbəri vəzifəsində çalışıb və qısa müddət öncə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyevin müavini vəzifəsinə təyinat alıb. O, 1980-ci ildə anadan olub.

Əhməd İsmayılov Azərbaycan Respublikası Prezidentinin 25 iyun 2014-cü il tarixli 580 nömrəli Sərəncamı ilə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı, 23 iyun 2017-ci il tarixli 3028 nömrəli Sərəncamı ilə “Tərəqqi” medalı və 20 oktyabr 2018-ci il tarixli 587 nömrəli Sərəncamı ilə “Gəmiçilik sahəsində xidmətlərə görə” medalı ilə təltif edilib. Pepperoni pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!