Vüqar Sərdarov YÜKSƏK VƏZİFƏYƏ təyin olundu

saytların hazırlanması

Evə çatdırılma

Vüqar Sərdarov YÜKSƏK VƏZİFƏYƏ təyin olundu

Siyasət

16 İyun 2025 14:45 1625


Azərbaycan Respublikasının Auditorlar Palatasında yeni kadr təyinatı həyata keçirilib.

Palatanın beynəlxalq əlaqələr şöbəsinə yeni müdir təyin olunub. Bu vəzifəyə tanınmış ictimai-siyasi xadim, mərhum millət vəkili Zakir Sərdarovun oğlu Vüqar Sərdarov gətirilib.

Məlumata görə, Vüqar Sərdarov əvvəllər “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin Elmi-Mədəni Mərkəzində direktor müavini vəzifəsində çalışıb. Onun Auditorlar Palatasında rəhbər vəzifəyə gətirilməsi, xüsusilə beynəlxalq əlaqələr sahəsindəki təcrübəsi ilə əlaqələndirilir. Pepperoni pizza

Qeyd edək ki, Vüqar Sərdarovun atası Zakir Sərdarov Azərbaycanın müstəqillik dövründə formalaşan məşhur “91-lər” qrupunun üzvü olub və ictimai-siyasi mühitdə dərin iz qoymuş şəxsiyyətlərdən biri kimi tanınırdı.  (Bakıvaxtı.az)


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!