“Vur, komandir, vur”un qəhrəmanı fəhlə işləyir? - Açıqlama

saytların hazırlanması

Evə çatdırılma

“Vur, komandir, vur”un qəhrəmanı fəhlə işləyir? - Açıqlama

Sosial

16 Oktyabr 2019 12:20 1808


2014-cü il noyabrın 12-də cəbhə xəttində erməni helikopterini vuran İlkin Muradovun tikintidə fəhlə işləyərkən çəkdirdiyi fotosu müzakirələrə səbəb olub.

“Yeni Sabah” xəbər verir ki, bir çox istifadəçi keçmiş hərbçinin fəhlələlik etdiyini iddia ediblər.

Məsələ ilə bağlı Unikal.org-a açıqlama verən İlkin Muradov yayılan məlumatın əsassız olduğunu bildirib: Toyuqlu pizza

"Dostum evində tikinti işləri aparır. Məndən də xahiş etdi ki, ona kömək edim. Mən də məzuniyyətdə olduğum və bu işləri bildiyim üçün ona yardım etdim. Həmin vaxt foto çəkdirdik. İnsanlar da bunu yanlış anlayıb. Həmçinin qeyd edim ki, fəhlə işləmək ayıb deyil. Amma mən hazırda Neftçala rayonunda yanğınsöndürən işləyirəm. Bu foto sosial şəbəkə istifadəçilərini yanıltmasın."

Qeyd edək ki, erməni vertolyotunun vurulmasını daha da məşhurlaşdıran "Vur, komandir, vur" ifadəsi olmuşdu.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!