Xəbər verdiyimiz kimi, “Qarabağ” dünən ÇL-in 3-cü təsnifat mərhələsində Kiprin APOEL kollektivi üzərində inamlı qələbə qazandı.
İlk hissədə rəqibin daha çox hücumu olsa da, ilk real qol epizodunu “Qarabağ” yaratdı. Həm də Mahirin Zubirə verdiyi ötürmə ilə.
Lakin bu ötürmə də, sonradan Zubirin Mahirə verdiyi ötürmə də qolla nəticələnmədi. Nə də rəqib istədiyinə nail ola bilmədi. Düzdür, Vaqnerin ilk hissədə səhvi oldu, ancaq bu səhvi ustalıqla dəf etdi. Beləcə, Kipr təmsilçisi ilk hissədən əli boş yollandı gözləmə otağına. pizza mizza
İkinci hissənin əvvəllərində “Qarabağ” ilk hissədə yorulmuş APOEL-i öz toruna salmağı bacardı. 54-cü dəqiqədə Xayme Romeronun gözəl ötürməsini Mahir də ustalıqla qola çevirdi. 0:1 üstünlüyü qazandıqdan sonra “Qarabağ” 2-ci qolun axtarışına çıxdı.
Məhz Qurban Qurbanovun 68-ci dəqiqədə etdiyi əvəzləmə bunu daha yaxşı başa düşməyə imkan verir. Mahirin əvəzinə Qurbanov yeni transfer Maqaye Qeyeni oyuna saldı. İlk oyun, ilk dəqiqə, topa ilk toxunuş və rəqibin qapı torunu silkələyən ikinci qol!
Təbii, burada Zubir amilini vurğulamasam, olmaz. Hər şey Zubirin möhtəşəm ötürməsi ilə başladı. Rəqiblərindən yaxşı sıyrılmağı bacaran futbolçu topu yeni komanada yoldaşına verməyi özünə borc bildi. Beləcə komandamız ardıcıl 2-ci qola sevindi. Bundan sonra dəfələrlə qol epizodu yaratsaq da, nəticələndirə bilmədik. Zubirin isə kifayət qədər belə şansı oldu.
Nəhayət 90 dəqiqənin tamamında hakim oyuna 4 dəqiqə əlavə etdi. Artırılan 4 dəqiqə sonunda rəqibin künc zərbəsi qazanması işləri bir azca korladı. Matçın lap əvvəllərindən futbolçularımza qarşı kobud oyunu ilə yadda qalan Merkis həmin künc zərbəsini qola çevirdi.
Burada nə bizim müdafiəçilərdə, nə də qapıçımızda səhv var idi. Çünki Merkis bir az da tullansaydı, Himalayı fəth edəcəkdi. O qədər hündür, yəni. Lakin əsas məsələ qələbə idi və bunu da komandamız var gücü ilə çalışaraq əldə etdi. Futboldur, siyasətə qarışılmalı deyil, bəlkə də.
Amma oradakı Qarabağ adı var və oradakı “Qarabağ” var artıq razı olsanız da, olmasanız da, siyasətin bir parçasına çevirilirik. Bu qələbə ən çox da ona görə lazım idi ki, tribunada oyunun əvvəllərindən açılan Qondarma Dağlıq Qarabağ bayraqlarının qisası alınmalı idi. Ona görə lazım idi ki, onlar o bayrağı asdıqlarına görə susdurulmalı idilər. Və sonda susduruldular da.
APOELƏ də, onun azarkeşlərinə də, erməni bayrağı asanlara da şillə kimi bir cavab verdi “Qarabağ”. Əvvəlcədən bəlii idi ki, orada təxribat qaçılmazdır. Bu təxribatın qarşısı ən gözəl bu şəkildə alına bilərdi, alındı. Bakıda da eyni nəticəni görmək ümidi ilə. Unutmayaq, bu təkcə “Qarabağ” məsələsi deyil, bu həm də Qarabağ məsələsidir!
Naibə Məmmədova
Telegram kanalımız