Vurulmuş ziyanın qiymətləndirilməsinə Şura üzvləri cəlb olunacaq

saytların hazırlanması

Evə çatdırılma

Vurulmuş ziyanın qiymətləndirilməsinə Şura üzvləri cəlb olunacaq

Hadisə

22 Yanvar 2021 13:37 772


İşğaldan azad olunmuş ərazilərdə ekoloji vəziyyətin, ətraf mühitə və təbii sərvətlərə vurulmuş ziyanın qiymətləndirilməsi, bərpa planlarının dəqiqləşdirilməsi ilə bağlı məsələlərin müzakirəsi məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında İctimai Şuranın üzvləri ilə videokonfrans formatında görüş keçirilib.

Nazirlikdən Yenisabah.az-a verilən məlumata görə, görüşdə işğaldan azad olunmuş ərazilərimizdə təbiətə qarşı ekoloji cinayətlərin həyata keçirilməsi, təbii sərvətlərə vurulmuş ziyanın hesablanması, mövcud yataqların istismar vəziyyətinin qiymətləndirilməsi və bərpası istiqamətində görüləcək işlərə Şura üzvlərinin cəlb olunacağı vurğulanıb.

Qarabağ bölgəsinin zəngin və füsunkar təbiətinin yenidən bərpası məsələlərində Şura üzvlərinin fəal iştirakının vacibliyi qeyd olunub. Pepperoni pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!