Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov ABŞ-ın ölkəmizə yeni təyin olunmuş səfiri Örl Litzenberqerlə görüşüb.
“Yeni Sabah” xəbər verir ki, Vüsal Hüseynov iki ölkə arasında əlaqələrin inkişafını vurğulayaraq, son illər Azərbaycanda miqrasiya sahəsində də bir sıra yeni layihələrin həyata keçirildiyini diqqətə çatdırıb.
Azərbaycanla Amerika arasında müxtəlif istiqamətlər üzrə imzalanmış sənədlərin əhəmiyyətini bildirən səfir xalqlarımız və ölkələrimiz arasında əlaqələrin bundan sonra da dərinləşəcəyinə əminliyini ifadə edib. Dördpendirli pizza
Görüşdə Azərbaycanla ABŞ arasında miqrasiya sahəsində əlaqələrin daha da möhkəmləndirilməsi, əməkdaşlığın gələcək inkişaf perspektivləri və digər məsələlər müzakirə olunub.
Telegram kanalımız