Vüsal Hüseynov “Facebook“da vətəndaşları maraqlandıran sualları cavablandırdı

saytların hazırlanması

Evə çatdırılma

Vüsal Hüseynov “Facebook“da vətəndaşları maraqlandıran sualları cavablandırdı

Siyasət

31 Mart 2020 21:12 806


Hazırda Azərbaycanda tətbiq edilən xüsusi karantin rejiminə görə ölkədə olan əcnəbi vətəndaşlarla bağlı bir sıra vacib məqamlara aydınlıq gətirilib.

Yenisabah.az xəbər verir ki, bu barədə Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov rəsmi "Facebook" səhifəsində məlumat verib.

DMX-nin rəisi bildirib ki, ölkəmizdə müəyyən edilən karantin rejiminin yeni tələblərinə uyğun olaraq Miqrasiya Xidmətləri ilə bağlı aşağıdakı 4 məsələnində nəzərə alınması xahiş olunur: pizza sifarişi

"1. Aprelin 30-dək edilən müraciətlər üçün sənədlərin notarial təsdiqi tələb olunmur (elektron müraciət zamanı bu sənədlərin əslinin skan olunaraq sistemə yüklənməsi kifayət edir).

2. Yaşama icazələrinin alınması zamanı tələb olunan fotoşəkii mobil telefonla çəkilib müraciətə əlavə edilə bilər. Ümumi olaraq elektron müraciət zamanı skanner olmadığı təqdirdə telefonun kamerası, göstəriciləri imkan verirsə sənədlər telefon vasitəsilə çəkilib göndərilə bilər.

3. Yaşama icazələrinin alınması zamanı müvafiq razılıq ərizələrinin tarix göstərilməklə ev şəraitində əl ilə yazılıb imzalanması kifayət edir.

4. Mövcud vəziyyət aradan qalxdıqdan sonra yalnız bəzi sənədlərin notarial təsdiqi Sizdən tələb oluna bilər".

Qeyd edək ki, Vüsal Hüseynov səhifədə hazırki vəziyyətlə bağlı sual ünvanlayan hər bir vətəndaşa ətraflı cavab verib. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!