Vüsal meydana buraxılmadı - Komandası uduzdu

saytların hazırlanması

Evə çatdırılma

Vüsal meydana buraxılmadı - Komandası uduzdu

İdman

22 Noyabr 2021 12:31 887


Türkiyə 1-ci liqasında 13-cü turun oyunları keçirilib.

Yenisabah.az xəbər verir ki, azərbaycanlı futbolçu Vüsal İsgəndərlinin formasını geyindiyi “Keçiörengücü” səfərdə “Dənizlispor”la qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb - 1:2.

Vüsal bu görüşün iştirakçısı olmayıb. Onun adı qarşılaşmanın iştirak ərizəsinə də daxil edilməyib. pizza mizza

Qeyd edək ki, “Keçiörengücü” 13 turdan sonra 10 xalla 19 kollektiv arasında 17-ci pillədə qərarlaşıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!