Azərbaycanlı futbolçu Vüsal İsgəndərlinin formasını geyindiyi "Eqnatiya" Albaniya çempionatında 8-ci tur oyununa çıxıb.
Yenisabah.az xəbər verir ki, sözügedən komanda 8-ci tur çərçivəsində evdə Tirana “Dinamo”su ilə qarşılaşıb.
Görüş Vüsalın komandasının qələbəsi ilə başa çatıb - 3:0. İsgəndərli oyunda start heyətdə meydana çıxıb və 74-cü dəqiqədə əvəzlənib. pizza hut
Qeyd edək ki, "Eqnatiya" hazırda 16 xalla 1-ci pillədə qərarlaşıb.
Telegram kanalımız