Vüsalə: Bu qədər də olmaz da!

saytların hazırlanması

Evə çatdırılma

Vüsalə: Bu qədər də olmaz da!

Şou

15 Oktyabr 2024 14:10 673


Vüsalə Əlizadə yolda başına gələn xoşagəlməz hadisədən söz açıb.

Yenisabah.az xəbər verir ki, bu barədə o,  “İncə səhər” verilişində danışıb.

Hadisə Vüsalənin toya getdiyi vaxt baş verib. Tıxacda olarkən o, taksinin şüşəsini cızıb: Dominos pizza

“Babək prospektində yerləşən restoranların birinə gedirdik. Tıxaca görə də məclisə özümü çatdıra bilmirəm. Ev yiyəsi də zəng vurub, bizim harada qaldığımızı soruşur. Az qala özünü öldürsün. Prodüser Samirə Xasməmmədova zəng vurub deyir ki, Vüsalə, sən harada qaldın. Cavab verirəm ki, yaxındayam, amma tıxaca görə tərpənə bilmirəm. Təbii ki, məclisə piyada da gedə bilərdim. Sadəcə geyimim uzun və ağır idi, ayağımda da hündürdaban ayaqqabı.

Köməkçimə dedim ki, necə olursa-olsun bu yoldan keçməliyəm. Öndə dayanan taksi demək olar ki, yolu zəbt etmişdi. Məndə bilmədən güzgüsünü “sürtdüm”. Köməkçimə dedim ki, çıx danış o sürücü ilə, çünki mən bu geyimdə avtomobildən çıxa bilmərəm. Taksi sürücüsü də çox rahatlıqla “Nömrəni yazın” deyir. Köməkçim ona dedi ki, narahat olmayın, məclisə tələsirik, nə xərci varsa ödəyəcəyik.

Təsəvvür edin ki, həmin şəxs instaqram səhifəmdən menecerimin nömrəsini tapıb. Birdə gördüm ki, bacımın əri Elşən mənə zəng vurub soruşur ki, Vüsalə, sən maşın vurmusan? Cavab verirəm ki, xeyr vurmamışam sadəcə keçəndə digər avtomobilinin yan şüşəsini cızmışam. Toya girmədən əvvəl kartla həmin şəxsin kartına pul atdım ki, rahat olsun. Bu qədər də olmaz da!”


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!