Tanınmış teleaparıcı Vüsalə Əlizadə bir neçə gün öncə dünyasını dəyişmiş Xalq artisti Səməd Səmədov barəsində danışıb.
Yenisabah.az xəbər verir ki, aparıcı sosial şəbəkə hesabında bu barədə yazaraq mərhum sənətçinin böyrək çatışmazlığından əziyyət çəkməsindən xəbəri olmadığını bildirib:
“Bu da son! Niyə canınıza baxmadınız? Kaş böyrək çatışmazlığından əziyyət çəkdiyinizi bilərdim. Səməd Səmədov çox mədəni, alicənab, pozitiv insan idi. İnanmaq istəmirəm, ona görə də “yalandır” deyəcəklər düşüncəsi ilə gözlədim, Sənət, səhnə üçün doğulmuşdu. Çox heyif, çox... Budur həyat. Son dəfə aparıcısı olduğum verilişə qonaq gəldi. Nələr danışdıq, nələr arzuladıq. Demə, fələk bizə baxıb xımır-xımır gülürmüş ki, siz saydığınızı, sayın. Ona görə deyirəm, bu həyatda, hər şeydən öncə sağlıq gəlir. Sağlamlığınızın qayğısına qalın, dostlar. Allah rəhmət etsin”. Marqarita pizza
Telegram kanalımız