Azərbaycan millisinin üzvü Vüsal İsgəndərlinin formasını geyindiyi "Boluspor" Türkiyə 1-ci liqasında 34-cü tur oyununu keçirib.
Yenisabah.az xəbər verir ki, komanda son turunda "Çorum"a 2:1 qalib gəlib. Vüsal görüşdə meydana çıxmayıb. O, ehtiyatda qalıb.
Qələbə sayəsində "Boluspor" xallarını sayını 53-ə çatdırıb və mövsümü 7-ci pillədə başa vurub. Bununla da "Boluspor" Suprliqaya vəsiqə uğrunda pley-offda iştirak etmək hüququ qazanıb. Komanda pley-offda "Bodrumspor"la qarşılaşacaq. Marqarita pizza
Pley-offun ilk oyunları mayın 19-da, cavab görüşləri isə ayın 23-də keçiriləcək.
Qeyd edək ki, 1-ci liqada lider olan “Eyüpspor” və 2-ci yeri tutan “Göztepe” Superliqaya birbaşa vəsiqə qazanıblar.
Telegram kanalımız