Vyananın mərkəzində, sinaqoq yaxınlığında baş vermiş atışma nəticəsində yeddi nəfər ölüb.
Yenisabah.az xəbər verir ki, bu barədə “OE24” telekanalı polisə istinadən məlumat yayıb.
Telekanalın məlumatına görə, silahlı hücumda iştirak edənlərdən biri öldürülüb. Pepperoni pizza
Bundan əvvəl “Kurier” qəzeti Vyananın mərkəzindəki hücum barədə məlumat vermiş və bir neçə dəfə atəş səsi eşidildiyini bildirmişdi. Polis bir neçə nəfərin yaralandığını təsdiqləsə də, onların sayı barədə məlumat verməyib.
“OE24 TV” kanalının verdiyi məlumata görə, ümumilikdə sinaqoqun yaxınlığındakı küçədə 50-yə yaxın atəş səsləri eşidilib. Cinayətkar şəxslər pulemyot silahdan atəş açıblar.
“Kronen Zeitung” qəzetinin yazdığına görə, silahlılardan biri partlayıcı qurğunu işə salıb. Daha bir neçə nəfərin qaçdığı güman olunur. /APA
Telegram kanalımız