Vyetnamın mərkəzi rayonlarında baş verən daşqınlar və torpaq sürüşmələri nəticəsində ölənlərin sayı 55-ə çatıb.
Oxu.Az-ın xəbərinə görə, bu barədə "Bangkok Post" nəşri məlumat verib.
Məlumata görə, təbii fəlakət nəticəsində 13 nəfər itkin düşüb. Daklak, Khanhoa və Zyalay əyalətləri isə ciddi ziyana məruz qalıb. pizza
Təbii fəlakət 200 000-dən çox evə, təhsil müəssisəsinə, tibb mərkəzinə və inzibati binaya ziyan vurub və ya tamamilə dağıdıb. Regionun xalq təsərrüfatına dəyən iqtisadi ziyan təxminən 9 trilyon donq (559 milyard manatdan çox) dəyərində qiymətləndirilir. Təxminən 63 000 hektara yaxın kənd təsərrüfatı məhsulları və 100 000 hektardan çox meyvə plantasiyaları ziyan görüb.
Xatırladaq ki, daha əvvəl Vyetnamın mərkəzində güclü yağışların yaratdığı daşqınlar və torpaq sürüşmələri nəticəsində ölənlərin sayı 41 nəfər olmuşdu.
Telegram kanalımız