Vyetnamda təbii fəlakət: Ölənlərin sayı artdı

saytların hazırlanması

Evə çatdırılma

Vyetnamda təbii fəlakət: Ölənlərin sayı artdı

Dünya

20 Noyabr 2025 22:21 566


Vyetnamın mərkəzində güclü yağışların yaratdığı daşqınlar və torpaq sürüşmələri nəticəsində ölənlərin sayı 41-ə çatıb.

"Yeni Sabah" xəbər verir ki, bu barədə ölkənin Ətraf Mühit Nazirliyi məlumat yayıb.

Məlumata görə, 16-20 noyabr tarixlərindəki aramsız yağışlar 52 mindən çox evə ziyan vurub və onları su altında qoyub. pizza hut

13 000 hektardan çox kənd təsərrüfatı sahəsi və təxminən 2 100 hektar meyvə bağları ciddi ziyan görüb, 30 000-dən çox mal-qara və quş tələf olub.

Sel həmçinin avtomobil və dəmir yolu əlaqələrini ciddi şəkildə pozub./Oxu.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!