“WarGonzo” müxbiri İrəvana buraxılmadı

saytların hazırlanması

Evə çatdırılma

“WarGonzo” müxbiri İrəvana buraxılmadı

Dünya

15 Noyabr 2025 09:18 431


"WarGonzo" jurnalisti Dmitri Seleznyov İrəvan hava limanından geri qaytarılıb.

"Yeni Sabah" xəbər verir ki, o, ailəsi ilə birlikdə Ermənistana tətilə gedirmiş.

Hazırda təfərrüatlar araşdırılır. Seleznyov qayıdış reysi və Ermənistan xüsusi xidmət orqanlarının qərarını əsaslandıran sənədləri gözləyir. Dördpendirli pizza

Dmitri Seleznyov bir neçə dəfə Qarabağa qanunsuz səfər edib, 2020-ci il müharibəsi zamanı hərbi müxbir kimi işləyib və siyasi hadisələr haqqında məlumat vermək üçün mütəmadi olaraq Ermənistana yollanıb.

Bu, uzun müddət ərzində ilk dəfədir ki, tanınmış rusiyalı jurnalistin Ermənistana girişinə qadağa qoyulur.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!