YENISABAH.AZ-a icazə verərək ən aktual xəbərləri dərhal öyrənə bilərsiniz.
İlk bilən siz olun!
Daha sonra
İcazə ver
“WhatsApp” bunu qadağan edir

“WhatsApp” bunu qadağan edir

Rəqəmsal

21 Avqust 2022 15:57 3380


“WhatsApp” messencerində “birdəfəlik” baxmaq üçün nəzərdə tutulan foto və videolarda yenilik olub.

Yenisabah.az xəbər verir ki, bu tip faylların ekran görüntüsünü qeyd etmək mümkün olmayacaq.

Belə qadağa artıq Android proqramının beta versiyasında sınaqdan keçirilir.

“WhatsApp” “birdəfəlik” faylı göndərməzdən əvvəl istifadəçini ona yalnız bir dəfə baxa bilməsi haqqında məlumatlandırır.

Mesajı başqasına yönləndirmək, saxlamaq, surətini çıxarmaq və ya ekran görüntüsünü çəkmək mümkün olmayacaq.

Bununla belə, “WABetaInfo” nəşrinin müəllifləri qeyd edirlər ki, istifadəçiyə ekranda baş verənləri başqa smartfonun kamerasında qeyd etməyə heç nə mane olmayacaq.

“WhatsApp” da bu risklərlə bağlı xəbərdarlıq etsin./APA


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!