WhatsApp-dan yeni funksiya- Bəziləri narahat olacaq

saytların hazırlanması

Evə çatdırılma

WhatsApp-dan yeni funksiya- Bəziləri narahat olacaq

Maraqlı

22 İyun 2022 14:35 1418


WhatsApp iOS və Android istifadəçilərinə təklif etmək üçün yeni funksiyalar üzərində işləməyə davam edir. WhatsApp-ın hazırladığı yeni funksiya bu dəfə bəzi istifadəçiləri narahat edəcək. 

WhatsApp tətbiqində sonuncu dəfə görülən, profil şəkli və haqqında funksiya üçün bir çox məxfilik parametrləri var.

Məsələn, "hamı" seçimini seçdiyiniz zaman bütün istifadəçilər məlumatınızı görə bilər, "mənim kontaktlarım" seçdiyiniz zaman isə yalnız kontaktınızda qeydiyyatda olanlar onu görə bilər. Təəssüf ki, bu parametrlər kifayət deyil. Dominos pizza

Yenisabah.az xəbər verir ki, ötən günlərdə təqdim edilən yeniləmə ilə gözlənilən xüsusiyyət gəldi.

WhatsApp tətbiqinə “bu şəxslər istisna olmaqla…” seçimi əlavə edildi.

Bu funksiya ilə siz son çıxış tarixinizi, profil şəklinizi və haqqınızdakı məlumatlarınızı müəyyən insanlardan gizlədə biləcəksiniz. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!