Koronavirusla bağlı daha bir yalan xəbərin üstü açıldı -   Video

saytların hazırlanması

Evə çatdırılma

Koronavirusla bağlı daha bir yalan xəbərin üstü açıldı - Video

Sosial

12 Mart 2020 23:16 1982


Xəbər verdiyimiz kimi, Baş Prokurorluğu və Daxili İşlər Nazirliyi bu gün yaydıqları birgə məlumatda vətəndaşları koronavirusla bağlı yalan məlumatlara inanmamağa, yalnız səlahiyyətli dövlət orqanlarının məlumatlarını nəzərə almağa çağırır.

Virusla əlaqədər həqiqəti əks etdirməyən, cəmiyyətdə süni ajiotaj yaratmağa hesablanmış bu cür əsassız və uydurma informasiyaları yayan şəxsləri yol verdikləri qanunazidd əməllərə görə məsuliyyətə cəlb olunacaqlar. 

Bütün bu xəbərdarlıqlara baxmayaraq vətəndaşlar arasında hələ də hazırkı vəziyyətin ciddiliyini nəzərə almayan, bununla zarafat etməyə çalışanlar var. Belə ki, bir neçə gün öncə "WhatsApp" statuslarında koronavirusdan ölüm xəbəri yayılan Eyvaz Cəfərov "Real TV"-yə danışıb. Toyuqlu pizza

"Yeni Sabah" xəbər verir ki, o, açıqlamasında bunun "WhatsApp" zarafatı olduğunu deyib.

Qeyd edək ki, dostların zarafatı vətəndaşlar arasında əsassız panikaya səbəb olub. Buna görə də, Eyvaz Cəfərov dostu Faiqlə etdiyi zarafata görə özünə haqq qazandırmır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!