“WhatsApp”dan “ev yıxan” funksiya - Foto

saytların hazırlanması

Evə çatdırılma

“WhatsApp”dan “ev yıxan” funksiya - Foto

Rəqəmsal

28 İyun 2022 18:30 4335


Dünyanın ən məşhur mesajlaşma tətbiqlərindən biri olan “WhatsApp” yeni xüsusiyyətləri ilə istifadəçi təcrübəsini yaxşılaşdırmağa çalışır. Belə ki, silinən mesajları yenidən bərpa etmək mümkün olacaq.

Yenisabah.az xəbər verir ki, bu barədə “Haber Global” məlumat verib.

Bildirilir ki, mesaj silindikdən sonra bununla bağlı xəbərdarlıqla yanaşı, “Geri qaytar” düyməsi də görünəcək. pizza sifarişi

Funksiyadan həm qrup mesajlarında, həm də fərdi mesajlarda istifadə etmək mümkündür.

O da qeyd olunur ki, “geri qaytar” düyməsi “Məndən sil” funksiyası ilə silinən ismarışları qaytarır, ancaq “Hər kəs üçün sil” funksiyası ilə silinmiş mesajlarda işləyib-işləməyəcəyi məlum deyil.

Hələ inkişaf mərhələsində olan yeni xüsusiyyətin hamı üçün nə vaxt əlçatan olacağı açıqlanmayıb.

/Oxu.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!