“Where is Karabakh” platorması istifadəyə verildi

saytların hazırlanması

Evə çatdırılma

“Where is Karabakh” platorması istifadəyə verildi

Mədəniyyət

22 Yanvar 2021 15:41 851


Azərbaycan Turizm Bürosu (ATB) “WhereisKarabakh.com” (“Qarabağ harada yerləşir?”) veb-saytını istifadəyə verib.

Bu barədə Yenisabah.az-a ATB-dən məlumat verilib.

Platformanın yaradılmasında məqsəd dünyaya Qarabağın coğrafi olaraq harada yerləşdiyini göstərmək, həmçinin Qarabağ regionunun tarixini, mədəniyyətini, eləcə də gəzməli-görməli yerlərini düzgün formada çatdırmaqdan ibarətdir. Pepperoni pizza

ATB-nin Baş icraçı direktoru Florian Zenqstşmit veb-saytla bağlı bunları qeyd edib: “Qarabağ regionunun əlverişli iqlimi və relyefi burada müxtəlif növ turizm məhsullarının inkişafına imkan yaradır. Bundan əvvəl isə bu möhtəşəm regionun zəngin tarixi, mədəni abidələri və təbiəti haqqında məlumatları bütün dünyaya çatdırmaq mühüm əhəmiyyət kəsb edir. “WhereisKarabakh.com” veb-saytının yaradılması da məhz bu missiyanı daşıyır”.

İstifadəçilər sadə interfeysi olan veb-sayta daxil olduqdan sonra dünya xəritəsindən istənilən ölkəni seçərək buradan Qarabağa olan məsafəni görə, eləcə də “Qarabağ” toponiminin mənşəyi, regionun tarixi, abidələri, görkəmli şəxsləri, muğam və xalçaçılıq sənəti, Qarabağ atları və təbiəti haqqında məlumatlar əldə edə bilərlər.

Məlumatlandırma pəncərəsində veb-sayt ziyarətçilərinin daha ətraflı məlumatlar almaları üçün isə “Azerbaijan.travel” platformasının Qarabağla bağlı tərtib olunmuş səhifəsinə keçid etmək təklif olunur.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!