"İrəvan ilkin şərt olmadan, o cümlədən "erməni soyqırımı"nın tanıması tələbi olmadan Ankara ilə mehriban qonşuluq münasibətləri qurmağa hazırdır".
Yenisabah.az “SpecialEurasia”ya istinadla xəbər verir ki, bunu Ermənistan prezidenti Vahan Xaçaturyan bildirib.
Onun sözlərinə görə, Ermənistan üçün bütün qonşularla, o cümlədən Türkiyə ilə mehriban qonşuluq münasibətlərinin qurulması heç vaxt mübahisəli ideya olmayıb: Toyuqlu pizza
"Biz həmişə Türkiyə ilə ilkin şərt olmadan, sərhədlərin açılmasının tərəfdarı olmuşuq. Qeyd etməliyəm ki, bu ifadə, yəni “ilkin şərt olmadan” bəyanatı diplomatik hiylə deyil və həm də "soyqırımı"n tanınması məsələsinə aiddir”.
Xaçaturyanın sözlərinə görə, Türkiyə onilliklər ərzində “Qarabağ probleminin həlli üçün Azərbaycan gündəminə xidmət edərək” Ermənistanla münasibətlərin normallaşması üçün ilkin şərtlər irəli sürüb.
"Amma bu gün keçmişin buraxdığı yerlərdən deyil, gələcəklə bağlı danışmaq vacibdir. İndi Ermənistan və Türkiyənin xüsusi nümayəndələri vaxtaşırı görüşürlər. Hətta informasiya-təbliğat sahəsində də müsbət tendensiyalar görürəm və ümid edirəm ki, biz bunu edəcəyik. Qərb qonşumuzla sivil, proqnozlaşdırıla bilən mehriban qonşuluq münasibətləri qura bilək”, - deyə Ermənistan prezidenti vurğulayıb.
Telegram kanalımız